• 9
  • 0
  • 0
  • 0
  • 0

Vasif Azimov - TOP 5
Yayım:WediaCorp Azerbaijan
PR Manager:Şahane Ayazqızı
00:00 Mən Gəlmişdim Sən Getmişdin
04:50 Sonuncu Məktub
09:02 Xatirədir
13:12 Dərdindən Ölən Var
16:39 Səni Mənə Allah Yetirdi
Vasif Azimov kanalına abunə olmaq üçün bu linkə daxil olun: http://wedia.link/VasifAzimovOfficial
➤Instagram’dan izləmək üçün:
http://wedia.link/vasifazimov

≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔
"Men Gelmişdim Sen Getmişdin" Sözleri
Gözdən süzülən yaş qalmışdı
Dərdim mənə sirdaş qalmışdı
Dünya elə bil boş qalmışdı
Mən gəlmişdim, sən getmişdin

Gedəndə göz yaşı yanağındaydı
Xəyalın gözümün qabağındaydı
Ətrin hələ də otağındaydı
Mən gəlmişdim, sən getmişdin

Tənha bir evin pəncərəsində
Gün batdı ayın mənzərəsində
Sənsizliyimin ilk gecəsində
Mən gəlmişdim, sən getmişdin
≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔
"Sonuncu Mektub" Sözleri
Axır gözüm yaşı bu şeiri isladır yağış kimi
Soruşsa dərdimi nolar ki adi bir tanış kimi
Bilir ki hər gün eyni vaxtda yollarındayam onun
Ötür keçir yanımdan hər gün heç nə olmamış kimi

Bu məktubum sonuncudur yazıram son sətirlərin
Nə mənim qədrimi bildin, nə yazdığım şeirlərin
Və bu məktub soyuq həsrət küləyi ilə sənə çatsa
Xatırladarmı verdiyim o güllərin ətirlərin

Bu eşq bəlalı qəlbimə tikan kimi batıb qalıb
Xəyallarından əllərim uşaq kimi tutub qalıb
Ömür gedir zaman-zaman qovuşdurur sevənləri
Nədənsə bəxtimiz bizim saat kimi yatıb qalıb
≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔
"Xatiredir" Sözleri
Niyə yanır bu ocaq?
Yanıb külü qalacaq
Bilmirəm nə olacaq
Olanı xatirədir

Niyə yanır bu ocaq?
Yanıb külü qalacaq
Bilmirəm nə olacaq
Olanı xatirədir

Niyə çıxdıq yola biz
Dəli olub bu dəniz
Bir ada dır sevgimiz
Hər yanı xatirədir

Niyə çıxdıq yola biz
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir

Qar yağır narın-narın
Üzü gülür dağların
Bu yaşıl yarpaqların
Solanı xatirədir

Qar yağır narın-narın
Üzü gülür dağların
Bu yaşıl yarpaqların
Solanı xatirədir

Niyə çıxdıq yola biz
Dəli olub bu dəniz
Bir adadır sevgimiz
Hər yanı xatirədir

Gərçekdir yoxsa yalan
Gəlib keçdi nə zaman
Sevginin, ömrü bir an
Qalanı xatirədir
≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔
"Derdinden ölen var" sözleri
Biri var dərd çəkəsən
Biri var ağlayasan
Axı bu dərd verənə
Necə bel bağlayasan

Əşi nə ağlamağın
Nədiki gülməlidi
Nə desəm xeyri nədir
Deyəcəklər dəlidi

Nəqarət:
Nə bir özün zəng eyləyirsən, yoxsan
Nə dəki sənin yerini bilən var
Elə də mənə naz eyləyirsən sən sən
Elə bil dərdindən ölən var

Nə bir özün zəng eyləyirsən, yoxsan
Nə dəki sənin yerini bilən var
Elə də mənə açıq verirsən sən sən
Elə bil dərdindən ölən var


Gümanım yoxdu daha
Ümidim yoxdu daha
Nə dünəndən bu günə
Nə bu gündən sabaha

Gecənin tən yarısı
Yuxuma qatma haram
Bu qədər olmaz axl
Ya tamam ver ya davam

Yenə qapının zəngi çalındı, bəlkə
Gedim qarşılayım gələn var
İnsafın olsun nə olar gəl, gəl, gəl
Sənin axı dərdindən ölən var
≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔
"Seni mene Allah yetirdi" sözleri





Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" © Video'nun başqa youtube kanallarinda yayımlanması qadağandır !!!

#VasifAzimov #top5
0 comments
    No comments found

:: / ::
::
/ ::

Queue